18 min dolları ölkədən çıxarmaq istədi

18 min dolları ölkədən çıxarmaq istədi
11:38 18 Aprel 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının əşyaları və gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Təkrar yoxlama zamanı vətəndaşın gödəkçəsinin və çexolun içərisində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR