Yerli, yoxsa İran kartofu yeyək?

Ötən gün məhsullara fitosanitar nəzarət həyata keçirilən zaman İrandan gətirilən 4 min 500 kq kartofda “kartof güvəsi” aşkar edilib. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həmin məhsul məhv edilib.

“Kartof güvəsi”nin aşkar edilməsi bazarda İran kartofuna tələbi azaldıbmı?

Metbuat.az bildirir ki, satıcılar bu gün bazarda İran kartofuna tələb heç də az olmadığını deyib. Həm qiymətinin münasib olması, həm də dadına görə İran kartofunun alıcıları bu gün də var. Satıcılar deyir ki, İran kartofunun sevilməsinə səbəb tez bişməsi və dadının şirin olmasıdır.

Qiymətlərə gəlincə isə, yerli kartoflarla müqayisədə ucuzdur. Belə ki, hazırda bazarda ən ucuz Cəlilabad kartofudur. Onun qiyməti 80-90 qəpik arasında dəyişir. İkinci yerdə İran kartofu gəlir. Bu kartofun qiyməti isə 90 qəpik - 1manatdır. Bazarda ən bahalı kartof isə yerli Tovuz, Gədəbəy kartofudur ki, onun qiyməti isə 1 manat 20 qəpik təşkil edir.

Xəyalə Məmmədova/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR