Azərbaycanda daha bir bank LƏĞV EDİLİR

Azərbaycanda daha bir bank LƏĞV EDİLİR
11:47 18 Aprel 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

"Atabank" və "Caspian Development (CDB) Bank" ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, "CDB"-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək "Atabank"a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib. 

Milli.Az report-a istinadən xəbər verir ki, həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PWC" beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, "Atabank" və "CDB" ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR