18.000 ABŞ dollarının ölkədən çıxarılmasının qarşısı alındı

18.000 ABŞ dollarının ölkədən çıxarılmasının qarşısı alındı
11:52 18 Aprel 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşının əşyaları və əynindəki gödəkcəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.
 
Təkrar yoxlama zamanı, vətəndaşın gödəkcəsinin və çexolun içində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18.000 ABŞ dolları aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR