Ranyeri Premyer Liqaya qayıdır

Ranyeri Premyer Liqaya qayıdır
12:05 18 Aprel 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Lester"in sabiq baş məşqçisi Klaudio Ranyeri yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Uotford" təcrübəli mütəxəssisin xidmətində maraqlıdı.

Hazırda Premyer Liqada 10-cu pillədə qərarlaşan komanda rəhbərliyi baş məşqçi Valter Matsarrinin işindən məmnun deyil. Bu səbəbdən klub mövsümün sonunda Matsarri ilə yollarını ayırıb, bu posta Ranyerini gətirməyi planlaşdırır. "Lester"i Premyer Liqa çempionu etmiş italiyalı ilə ilkin danışıqlar müsbət nəticələnib.
 
Qeyd edək ki, Klaudio Ranyeri cari mövsümün gedişində "Lester"dən istefaya göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR