Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişdi

Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişdi
12:05 18 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəis müavini, polis polkovniki Cənnət Şeydayev xidməti avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib. Göstərilən tibbi yardımlara baxmayaraq C.Şeydayev vəfat edib.

İlkin ehtimala görə, mərhum ürəktutmadan dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR