Klub rəsmisi hirsləndi, meydana çıxıb 3 qol vurdu

Klub rəsmisi hirsləndi, meydana çıxıb 3 qol vurdu
12:17 18 Aprel 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə futbolunda növbəti ilginc hadisə baş verib. Fanat.Az xəbər verir ki, futbolçulara hirslənən klub rəsmisi meydana çıxaraq 3 qol vurub.


Hadisə Türkiyənin Regional Həvəskarlar Liqasının oyununda baş verib. "Kuşadası Gənclikspor" mövsümün son matçında "Germencikspor"u qəbul edib. İlk yarısı qolsuz başa çatan matçın 55-ci dəqiqəsində komandasının bərbad futbol sərgiləməsinə hirslənən "Kuşadası Gənclikspor"un rəsmsi və Baş Kapitanı Yaser Doğan baş məşqçidən onu meydana buraxmasını istəyib. 


58-ci dəqiqədə qonaqlar hesabı açıb. 62-ci dəqiqədə meydana çıxan Yaser Doğan 35 dəqiqədə 3 qol vuraraq komandasına 3:1 hesablı qələbə qazandırıb. Bununla da o, komandasını "pley-off" mərhələsinə çıxardıb. 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-klub-rsmisi-hirslndi-meydana-cxb-3-qol-vurdu-t57694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR