"Gecə yarısı məni oyatdılar, getdim komandirin otağına..." - Müğənnidən ETİRAF

"Gecə yarısı məni oyatdılar, getdim komandirin otağına..." - Müğənnidən ETİRAF
12:22 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Emre Sayqının Youtube-dan canlı yayımlanan Talk Show verilişi "Hadi Be"nin qonağı məşhur müğənni Alişan olub.

10 ildir seriallarda iştirak etməyən, ancaq Çağla Şikel ilə bir komediya serialında çəkilməklə ekranlara dönəcəyini ifadə edən Alişan "10 ildir ki, filmə çəkilmirdim, amma yeni bir serialla ekranlara dönürəm. Çağla ilə birlikdə komediya serialında oynayacağıq. Bir neçə ay sonra hər şey müəyyən olacaq" deyib.

"Nə edəcəyimi bilirəm"

İllərdir apardığım canlı verilişlərdə selülitə, xəstəliklərə qarşı kişilərin nələr etmək lazım olduğunu öyrəndiyini söyləyən Alişan "Əgər evlənsəm, arvadım hamilə qalsa, nə ediləcəyini çox yaxşı öyrəndim. 5 ildir aparıcılığını etdiyim canlı verilişlərdə bunların hamısını öyrəndim" deyib.

"Komandir" Kurtlar Vadisi"ndən soruşdu"

34 yaşında hərbi xidmətə gedən və gecə yarısı komandirlərin onu oyadaraq "Kurtlar Vadisi" serialının sonrakı hissəsini soruşduqlarını deyən Alişan "Gecə yarısı yatarkən əsgər gəlib komandirin çağırdığını söylədi. Getdim komandirin otağına. Mənə ""Kurtlar Vadisi"nin sonrakı hissəsində nə olacaq? Necati Şaşmaza zəng edə bilərsənmi?" deyib" ifadələrini işlədib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR