Çılpaq qadınlar prezidentliyə namizədə hücum etdilər - FOTO - VİDEO

Çılpaq qadınlar prezidentliyə namizədə hücum etdilər - FOTO - VİDEO
12:23 18 Aprel 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə “Femen” hərəkatının iki fəalı Fransa prezidentliyinə namizəd, “Milli Cəbhə” Partiyasının lideri Marin Le Penin çıxışını kəsməyə çalışıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BFMTV telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisə bazar ertəsi axşam Parisin şimali-şərqində baş verib. Üzərində yazılar olan çılpaq bir qadın əllərində buketlə zorla Merin Le Penin olduğu konsert salonunun səhnəsinə daxil olub. “Milli Cəbhə”nin mühafizəsi onu dərhal aparıb.

Bir az sonra başqa bir qadın analoji aksiyanı təkrarlamağa çalışıb. Amma onu da aparıblar.

Telekanal qeyd edir ki, Marin Le Pen aksiyaya istehza ilə reaksiya verib.

Xatırladaq ki, qadın siyasətçiyə qarşı analoji aksiya fevral ayında da keçirilib.

Qeyd edilir ki, eyni vaxtda konsert zalının çölündə siyasətçiyə qarşı nümayiş keçirilib. Nümayişdə təxminən 400 nəfər iştirak ediblər. Polis nümayişin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR