Rəis müavini xidməti avtomobildə dünyasını dəyişdi

Rəis müavini xidməti avtomobildə dünyasını dəyişdi
12:33 18 Aprel 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişib.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəis müavini, polis polkovniki Cənnət Şeydayev xidməti avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib. Göstərilən tibbi yardımlara baxmayaraq C.Şeydayev vəfat edib.

İlkin ehtimala görə, mərhum ürəktutmadan dünyasını dəyişib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR