FHN-in idmançısı qalib oldu - FOTO

FHN-in idmançısı qalib oldu - FOTO
12:43 18 Aprel 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Bakı İdman Sarayında sərbəst güləş üzrə Azərbaycan Güləş Federaiyasının Beynəlxalq Turniri keçirilib.

Publika.az xəbər verir ki, turnirdə 11 komanda, 100-ə yaxın idmançı 8 çəki dərəcəsində güclərini sınayıb.

Çempionatda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Ələsgər Məmmədəliyev 54 kq çəki dərəcəsində rəqiblərini üstələyərək turnirin qalibi olub. İdmançını turnirə məşqçi Saypulla Absayıdov hazırlayıb.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev idmançını qəbul edib, ona qiymətli hədiyyələr verərək uğurlar arzu edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR