"6 ay ondan küsülü qaldım"

"6 ay ondan küsülü qaldım"
13:05 18 Aprel 2017
231 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Zöhrə Abdullayeva şair Vüqar Əhmədlə 6 ay küsülü qaldığını deyib.

Milli.Az-ın axşam.az-ın məlumatına görə, "10-dan sonra" verilişinə qonaq olan müğənni şairin onun xətrinə dəydiyini söyləyib:

"25 ildə bir dəfə Vüqardan küsmüşəm. Bir dəfə oturmuşduq, qayıtdı başqa müğənniyə dedi ki, sən Zöhrədən yaxşı oxuyursan. Onu uzun müddət danışdırmadım. İndi ən yaxın dostumdur".

V.Əhməd məsələyə münasibət bildirib. O deyib ki, Z.Abdullayevanın xətrinə bilərəkdən dəyib: 

"Oturmuşduq, qapı açıldı, Zöhrə mənə dedi: "Bu iki müğənni haranın oxuyanıdır ki, hər gün efirə onları verirsən?". Həmin ifaçılardan biri də indi əməkdar artistdir. Mən də haqsız olaraq qayıtdım ki, səndən min dəfə yaxşı oxuyur. 6 ay özünə gələ bilmədi, bütün günü evdə oturub ağlayırdı. Bu hadisə 1997-ci ildə olmuşdu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/536225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR