"Boavista" Kamrandan sonra Eminə də qapını göstərmək istəyir

"Boavista" Kamrandan sonra Eminə də qapını göstərmək istəyir
13:32 18 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin qapıçısı Kamran Ağayevlə yollarını ayıran "Boavista" Emin Mahmudovu də göndərmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Migel Leal 25 yaşlı futbolçumuzun hazırkı durumundan razı deyil. Portuqaliyalı mütəxəssis "Boavista"da növbəti mövsüm üçün yeni kollektiv formalaşdırmaq istəyir. Millimizin üzvü isə onun planlarına daxil deyil.

Emin Mahmudov "Boavista"ya mövsümün əvvəlində Rusiyanın "Krılya Sovetov" klubundan transfer olunub. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurmağı bacarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR