"Araz Əlizadə xalqımızın döyünən ürəyidir..."

"Araz Əlizadə xalqımızın döyünən ürəyidir..."
13:42 18 Aprel 2017
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin "Feysbuk-da olanların hamısı avara adamlardı" fikri sosial şəbəkələrdə geniş müzakirə mövzusunu çevrilib 

Milli.Az xəbər verir ki, moderator.az mövzunun aktuallığını nəzərə alaraq Araz Əlizadənin fikirləri ilə bağlı yazıçı, aktiv Facebook istifadəçisi Cəlil Cavanşirin fikrini öyrənib.

Cəlil Cavanşir bildirib ki, Araz Əlizadə avaranın, bivecin öndə gedənidir: 

"Araz Əlizadə bizim böyük ziyalımız, uzaqgörən siyasətçimiz, xalqımızın döyünən ürəyidir. Əgər o hesab edirsə ki, Facebook-da olanlar avaralardır, demək, haqlıdır, nə isə bilir. Mən inanmıram ki, Araz Əlizadə kimi böyük siyasətçi, fədakar ziyalı mənasız söhbətlər etsin. Qətiyyən onun sarsaq-sarsaq danışacağına, ağzına gələni ehkam kimi səsləndirəcəyinə inanmıram.

Yenə deyirəm, o, nəsə deyirsə, demək, bilib deyir. Əgər kimsə onun fikirləri ilə razılaşmırsa, özü bilər. Mən şəxsən millət vəkilinin gerizəkalı, düşük söhbət etməyəcəyinə inandığım üçün müəllimlə razılaşıram. İndi kimsə ürəyində fikirləşə bilər ki, avara, bivec elə Araz Əlizadədir. Mən əsla belə düşünmürəm. Çünki Araz müəllim avara deyil, avaranın, bivecin öndə gedənidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR