Ən ucuz kabab istəyirsizsə...

Ən ucuz kabab istəyirsizsə...
13:53 18 Aprel 2017
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Turizm mərkəzləri ən ucuz kabab satılan şəhərləri müəyyənləşdiriblər.

Publika.az xəbər verir ki, ilk yerdə qonşu Gürcüstanın paytaxtı Tbilisi qərarlaşıb. Qeyd olunur ki, Tbilisidə təxminən 30 manata 10 şiş kabab almaq mümkündür. Tbilisidən sonra Kalininqrad və Soçidə də ucuz kabablar verilir. Bu şəhərlərdə həmin qiymətə 9 şiş kabab almaq olar. Sankt-Peterburqda isə bir şiş əskik kababın dadına bu qiymətlə baxmaq mümkündür.

Kababı bizdən başqa avropalılar da ləzzətlə dişlərinə çəkirmişlər. Amma Avropa şəhərləri arasında Praqa (30 manata 7 şiş), Paris (5 şiş) daha münasibdir. Qalan şəhərlərdə isə kababın həm özü, həm də qiyməti əl yandırır.

Qeyd edək ki, aprelin sonunda Qroznı şəhərində “Şaşlık-Maşlık” adlı kabab festivalı keçiriləcək. Festivalda Qafqaz ölkələri ilə yanaşı, digər ölkələrdən də kababçılar qatılacaq.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/195502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR