Paltar sərərkən eyvan uçdu...

Paltar sərərkən eyvan uçdu...
14:18 18 Aprel 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yaşayış binasının eyvanı uçub.

Hadisə Nəriman Nərimanov prospekti 35 ünvanında qeydə alınıb. Binanın 2-ci mərtəbəsində 26 saylı mənzildə yaşayan 1990-cı il təvəllüdlü Reyhan Ağayeva paltar sərərkən eyvan uçub.

Yerə düşən qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR