Türk ulduz "Atletiko"da - Qiymət açıqlandı

Türk ulduz "Atletiko"da -   Qiymət açıqlandı
14:27 18 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın futbolçusu Oğuzhan Özyakup karyerasını İspaniyada davam etdirə bilər. Fanat.Az xəbər vkrir ki, 24 yaşlı mərkəz yarımmüdafiəçisi "Atletiko"nun maraq dairəsindədi.


İddiaya görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone Oğuzhanın alınmasını rəhbərlikdən tələb edib. Arda Turanı 12 milyon avroya alıb "Barselona"ya 41 milyon avroya satan "Atletiko" rəhbərliyi artıq bu transfer üçün fəaliyyətə başlayıb və "Beşiktaş" rəsmiləri ilə ilk görüşü keçirib. İstanbul klubu mövsüm davam etdiyindən danışıqların çempionat başa çatandan sonra davam etdirilməsini istəyib. Mövsüm başa çatan kimi danışıqların bərpa ediləcəyi bildirilir.


"Atletiko" hələ "Beşiktaş"a təklif edəcəyi məbləği açıqlamayıb. Amma ispanların bu transfer üçün 15 milyon avrodan keçməyə hazır olduğu bildirilir.


Oğuzhanı istəyən yeganə klub "Atletiko" deyil. 24 yaşlı futbolçu "Roma"nın da maraq dairəsindədi. Lakin italyanlar hələ rəsmi təkliflə "Beşiktaş"a müraciət etməyib.


Qeyd edək ki, "Beşiktaş" Oğuzhanı 2012-ci ildə "Arsenal"ın U-21 komandasından 500 min avroya transfer edib. Hazırda "Transfermarkt" ona 12,5 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-ulduz-quotatletikoquotda-t57699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR