Bakıda zəncirvari yol qəzası: yaralılar var - BÖYÜK TIXAC YARANDI

Bakıda zəncirvari yol qəzası: yaralılar var - BÖYÜK TIXAC YARANDI
14:42 18 Aprel 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda zəncirvari yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yol qəzası paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə baş verib. Hadisə nəticəsində 1-i yük avtomobili olmaqla, 4 avtomobil toqquşub. Nəticədə iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisəyə səbəb yük avtomobilinin tuneldə saxlamasının səbəb olduğu deyilir. Yük avtomobili tuneldə qəfil dayandığından arxadan gələn "Mercedes" markalı 3 avtomobil bir-birinə çırpılıb.

Ərazidə böyük tıxac yaranıb. Hadisə yerinə cəlb olunan yol polisləri yaranmış tıxacı aradan qaldırmağa çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR