Premyer Liqanın bombardirinə rekord qiymət - kim alacaq?

Premyer Liqanın bombardirinə rekord qiymət  - kim alacaq?
14:47 18 Aprel 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premeyer Liqasının bombardiri Romelu Lukaku “Everton”la olan müqaviləsini yeniləmək istəmir. Fanat.Az “The Liverpool Echo”ya istinadən xəbər verir ki, Liverpul təmsilçisiylə 2019-cu ilədək sözləşməsi olan 23 yaşlı belçikalı Çempionlar Liqasında müntəzəm oynayan klublardan birinə keçmək istəyir.


“Everton” rəhbərliyi isə bu mövsüm çıxdığı 32 çempionat matçında 24 top vuran hücumçunu heyətdə saxlamaqda maraqlıdı. Bu üzdən Lukakuya fantastik qiymət qoyulub. Belə ki, onu sıralarında görməyi arzulayan klub 100 milyon funtundan keçməlidi. Hücumçunu bu qiymətə alsalar, dünya rekordu yenilənəcək.


Qeyd edək ki, Lukakunun komandası turnir cədvəlində 7-ci pillədədi. Liverpullular ÇL zonasından 7 xal geri qalır.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqann-bombardirin-rekord-qiymt-t57700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR