Şimali Koreyada hərbi vəziyyət elan edildi

Şimali Koreya bölgəyə yaxınlaşan ABŞ döyüş gəmilərinə nüvə zərbəsi ilə qarşılıq veriləcəyini açıqlayıb.

Mətbuat.az xəbər verir ki, Şimali Koreya hökuməti artıq həftəlik, aylıq və illik raket sınaqları keçirləcəklərini də bildirib.

Çin hökuməti isə tərəfləri böyük müharibəyə səbəb olacaq davranışlardan uzaq olmağa çağırıb.

Ötən həftə yola çıxan ABŞ-ın məşhur təyyarə gəmisi "USS Carl Vinson" və onu müşayiət edən döyüş gəmiləri Koreya yarımadasına çatmaq üzrədir.

Qeyd edək ki, BBC-nin nəşr etdiyi qrafikdə Şimali Koreyanın mənzili 8 min metrə çata bilən "Taepodong 2" raketinin ABŞ və İngiltərəni vura biləcəyi görünür. Avropanı təhdid edən raketin mənzilində Türkiyə də var.

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR