Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvota tam dolub

Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvota tam dolub
15:05 18 Aprel 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib. 

Onun sözlərinə görə, əgər bundan sonra Həccə getmək üçün əlavə müraciətlər daxil olarsa, bu məsələyə QMİ-də baxılacaq və müvafiq qərar qəbul ediləcək. H.Babayev kvotanın artırılacağını istisna etməyib.

Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb. Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb. Ziyarət üçün vahid qiymət - 3850 dollar müəyyənləşdirilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR