Türkiyədə qəzaya uğrayan helikopterlə bağlı - RƏSMİ AÇIQLAMA

Türkiyədə qəzaya uğrayan helikopterlə bağlı - RƏSMİ AÇIQLAMA
15:34 18 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

 

Tunceli valiliyi bu gün baş vermiş helikopter qəzası ilə bağlı açıqlama yayıb.

 

Lent.az “Hürriyət”ə istinadən xəbər verir ki, məlumatda qəzaya səbəb kimi hava şəraitinin çiskinli və yağışlı olması göstərilib. Qeyd edilib ki, helikopter vilayətin Pülümür rayonundan qalxıb və 10 dəqiqə sonra radarlardan itib. Helikopterdə 7 polis əməkdaşı, 1 hakim, 1 hərbçi və 3 ekipaj üzvü olub. Onların taleyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

 

***

15:05

***

 

Türkiyədə vertalyot qəzası baş verib. Lent.az-ın  “Hürriyət”ə istnadən xəbər verir ki, hadisə Tunceli vilayətində baş verib. İçində 7 polis. 2 hakim və 3 ekipaj üzvü olan helikopter radarlardan itib. Daha sonra onun qəzaya uğradığı məlum olub.

 

 

 

Əraziyə xeyli təhlükəsizlik əməkdaşı və ambulanslar cəlb edilib.

 

 

Ölən və yaralanalar barədə hələlik məlumat yoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR