Bakıda autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi

Bakıda autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi
16:27 18 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

"Birgə və Sağlam" ictimayi birliyinin ve "Ümid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə aprel ayının 24-də saat 18:00-da Boulevard Hoteldə autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi baş tutacaq.

"Autizm- Fərqli və Bizdən Biri" adlanan moda nümayişində Azərbaycanda ikinci dəfə podiuma autizmli uşaqlar çıxacaq.  Hər zaman böyük  qayğıya ehtiyacı olan bu uşaqlar üçün  tanınmış modelyer  Gülnarə  Xəlilova xüsusi kolleksiya hazırlayıb.  Gülnarə xanımın yüksək zövq və sevgiylə, milli üslubda hazırladığı  geyimləri podiumda 10 autizmli model təqdim edəcək. Kolleksiyanı "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzinin uşaqları nümayiş  etdirəcək. Uşaqları podiuma "Sevimli Bala" uşaq kulubunun tərkibində fəaliyyət göstərən Kiddoz Model Agentliyi hazırlayıb.

Tədbir həm də maarifləndirici xarakter daşıyır.  Məlumat üçün bildirək  ki, aprel ayı Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən Ümumdünya  Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir.  Bu səbəbdən də tədbir boyu qonaqların "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər  paylanacaq.  Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı  gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası baxımından da tədbir mühüm əhəmiyyət kəsb edir.  Çox maraqlı proqramla təqdim olunacaq moda nümayişinə əməkdar artist Tünzalə Ağayeva "O səs Azərbaycan" komandası ilə dəstək olacaq. Tünzalə xanım musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısını ifa edəcəklər.  Tədbirdə bir sıra sənətçilər də iştirak edəcək.

Qeyd edək ki, Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin  imkansız ailələrin autizmli uşaqlarının reabilitasiyasına sərf olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR