Qurban Qurbanovun anası dəfn edildi - FOTOLAR

Qurban Qurbanovun anası dəfn edildi -   FOTOLAR
16:37 18 Aprel 2017
133 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun anası dəfn edilib.


"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Q.Qurbanovun anası Güləbatın xanım ilə Zaqatala rayonunda vida mərasimi keçirilib. Daha sonra rayonun Aşağı tala kəndinin qəbiristanlığında dəfn edilib.


Dəfn mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak edib.


Qeyd edək ki, 45 yaşlı mütəxəssisin anası Güləbatın xanım bu gecə dünyasını dəyişib.


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın İcraiyyə Komitəsinin üzvü, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova anası Güləbatın xanımın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Eyni məzmunlu başsağlığı mətnini "Qarabağ"ın icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionu da kollektivi adından yayımlayıb.


Allah rəhmət eləsin!


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanovun-anas-dfn-edildi-t57701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR