"Bu il Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı problem olmayacaq"

"Bu il Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı problem olmayacaq"
16:57 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı bu il heç bir problem olmayacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu ilin birinci rübündə fond tərəfindən Cənub Qaz Dəhlizi üçün vəsait ayrılmayıb: "Amma illik büdcədə bu maddə var və vəsaitlər nəzərdə tutulub. Əminliklə deyə bilərəm ki, bu layihənin maliyyələşdirilməsi üçün vəsaitlər QSC-nin sərəncamındadır, ona görə bu il maliyyələşdirmə ilə əlaqədar problem olmamalıdır. Bundan başqa, Cənub Qaz Dəhlizinin növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/536375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR