Həsən Ruhani azərbaycanlılarla görüşəcək

İran prezidenti Həsən Ruhani Şərqi Azərbaycan bölgəsinin zərərçəkmiş kəndlərinə səfər edəcək.

Metbuat.az xəbər verir ki, daşqınlar nəticəsində 50 nəfərin öldüyü və 100-lərlə insanın xəsarət aldığı bölgəyə gedəcək olan Ruhani azərbaycanlıların vəziyyəti ilə yaxından tanış olacaq, onların problemi ilə maraqlanacaq. Bu haqda İranın “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd edək ki, baş verən fəlakətə İran hakimiyyətinin özgə münasibəti bir çox güneyli millət vəkillərinin etirazına səbəb olub.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR