Növbədənkənar parlament seçkiləri keçiriləcək

Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 8-də növbədənkənar parlament seçkiləri keçiriləcəyini bildirib.

Metbuat.az xəbər verir ki, baş nazir Avropa Birliyindən çıxandan sonra ölkənin güclü hökumətə ehtiyyacı olduğunu bildirib.

Son parlament seşkiləri 2015-ci ildə keçirilidiyinə görə, növbəti parlament seçkisi 2020-ci ildə keçiriləcəkdi.

Hazırda Böyük Britaniya parlamentində 650 yerdən 330-nu Mühafizəkarlar Partiyası, 232-no Leyboristlər Partiyası, 54-nü Şotland Milli Partiyası, 9 yeri isə Liberal Demokrat Partiyası tutur.

"Parlamentdə səs verməyə qoyulan xarici və ya daxili siyasi məsələlərin həllində fikir ayrılığı yaranır. Ortaq məxrəcə gələ bilməyən partiyalar görə dövlət əhəmiyyətli qərarın qəbulu ləngiyir və bu da yol verilməzdir", - deyə Tereza Mey bildirib.

Qeyd edək ki, son anket sorğusuna əsasən, əhalinin 37%-i Leyboristlər Partiyasını, 34%-i Mühafizəkarlar Partiyasını, 14%-i isə Liberal Demokrat Partiyasını dəstəkləyir.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR