I Qarabağ müharibəsində Türkiyə Azərbaycana niyə kömək etmədi?

Türkiyənin “Ahaber.com” saytı I Qarabağ müharibəsində Türkiyənin Azərbaycana fəal dəstək verməməsinin səbəbini həm dövr ölkədə hökm sürən Parlamentli Respublika sistemi ilə əlqaələdnirib.

Metbuat.az bildirir ki, yazıda yer alan məlaumata əsasən, 1990-cı illərdə I Qarabağ müharibəsində Türkiyənin səkkizinci prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl arasında kəskin fikir ayrılığı yaranıb: “Özalın bütün cəhdlərinə baxmayaraq, Dəmirəl müharibədə Azərbaycana yardım edilməsinə mane oldu. Nəticədə Ermənistan Dağlıq Qarabağı işğal etdi”.

Türkiyədə baş nazirlə prezidentin fikir ayrılığının Kərkük məsələsinə də ciddi zərbə vurduğu məlum olub.

Məsələ ilə bağlı Metbuat.az-a münasibət bildirən siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, informasiyaları fərqli mənbələrdən, fərqli şəkildə təqdim edənlər olub:

“Sözügedən məsələ ilə bağlı fərqli informasiyalar qeyd olunub. Məsələn, Süleyman Dəmirəlin bunu etmək istəməsi, Turqut Özalın isə buna qarşı çıxması ilə bağlı da iddialar səslənib. 1990-cı ilin 20 yanvar faciəsi ilə bağlı məşhur, "onlar şiə, biz sünniyik" ifadəsinin müəllifi məhz Özal olub. Türkiyənin yaxın siyasi tarixində koalissiyalı hökümətlər pronsipial məsələlərdə həmişə konkret addımlar atılmasına tərəddütlə yanaşıblar, Ecevit dövrünün Kipr çïxartması istisna olmaqla. Bu gün kürd probleminin bu dərəcədə şişməsinin də səbəbi koalisiya hökümətləri olub.

Türkiyə istər daxili, istər onu əhatə edən ölkərə, istərsə də yerləşdiyi regiona münasibətdə kifayət qədər ciddi strateji əhəmiyyətə malik bir ölkədir. Türkiyənin mövqelərinin zəifləməsi bir çox iri aparıcı güclərin hədəfindədir. Niyə etiraf etmək istəmirik ki, koalissiya quruluşu manevr imkanlarını məhdudlaşdırır? Kosalissiya quruluşları konkret, ciddi, əsaslı qərarların qəbul edilməsini ləngidir. Türkiyənin son 40 illik siyasi tarixinə nəzər yetirsək, buna istənilən qədər sübut görə bilərik. Məsələ həmin dövrdə Qarabağ problemi ilə bağlı Türkiyənin Azərbaycana hansı dəstəyi verməsində deyil, öz daxili problemləri ilə belə məşğul olduqlari zaman da konkret addımların atılması ilə bağlı tərəddütlərə yol veriblər”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR