İnternetin və müasir fərdi kompüterlərin təkmilləşdirilməsi sahəsində tanınmış simalardan olan amerikalı proqramçı Robert Vilyam Teylor ölüb.
Parkinson xəstəliyindən əziyyət çəkən 85 yaşlı Teylor San-Fransiskodakı evində dünyasını dəyişib.
Publika.az xəbər verir ki, Teylor Pentaqonda İnkişaf Etmiş Tədqiqat Layihələri Agentliyində (ARPA) və NASA- nın layihələrində idarəçi kimi çalışmışdır.
Robert Teylor kompüter texnologiyaları sahəsindəki fəaliyyəti illərində 1999-ci ildə "Texnologiya və Yenilik" beynəlxalq mükafatına, 2004-cü ildə isə Milli Mühəndislik Akademiyasından "Draper" mükafatına laiq görülmüşdür.
Könül Cəfərli