Bakıda şirkət işçiləri "Bandotdel"in əməliyyatı ilə tutuldu - FOTO

Bakıda şirkət işçiləri "Bandotdel"in əməliyyatı ilə tutuldu - FOTO
17:57 18 Aprel 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Daxili İşlər Nazirliyi şirkət əməkdaşlarını saxlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 17 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatçıları Nərimanov rayonunda yerləşən "Azpilot" LLC-nin hələlik adı açıqlanmayan 3 əməkdaşını saxlayıblar.

İlkin məlumata görə, həmin şəxslər saxta sənəd düzəltmədə və dələduzluqda ittiham edilirlər.

Qeyd edək ki, "Azpilot" LLC gəmiçilik və dənizçilik sahəsində fəaliyyət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR