Azərbaycan RRB-nin Administrasiya Başçıları Şurasının və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının birgə iclasında təmsil olunub

Azərbaycan RRB-nin Administrasiya Başçıları Şurasının və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının birgə iclasında təmsil olunub
18:35 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

18-19 aprel tarixlərində Belarus Respublikasının Minsk şəhərində Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçıları Şurasının 52-ci və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının 23-cü birgə iclası keçirilir.
 
İclasda  Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, Bolqarıstan və Latviyanın rabitə administrasiyalarının başçıları, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının, Ümumdünya Poçt İttifaqının, Regional Rabitə Birliyinin və "İntersputnik" beynəlxalq kosmik rabitə təşkilatının rəhbərləri iştirak edir.
 
İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.  
 
Sahə üzrə 30-a yaxın aktual məsələnin müzakirə olunduğu iclasın ilk günündə  RRB-nin gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.
 
Nazir Ramin Quluzadə iclasın gündəliyinə dair məsələlərə münasibət bildirib və qeyd edib ki, Regional Rabitə Birliyi səmərəli regional təşkilat nümunəsidir.
 
Nazir iclasda müzakirə olunan məsələlərin və qəbul edilən qərarların İKT sektorunun və informasiya cəmiyyətinin davamlı inkişafına, işgüzar əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.
 
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə  iclas iştirakçılarına məlumat verən Ramin Quluzadə qeyd edib ki,  bundan sonra da Azərbaycan RRB-nin fəaliyyətinin bütün istiqamətləri üzrə uğurlu əməkdaşlığı davam etdirəcək.
 
Tədbir çərçivəsində nazir RRB-nin üzvü olan bir neçə  ölkənin rabitə administrasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.  



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47236-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR