Yevlax şəhərində çoxmənzilli yaşayış binası tikiləcək

Yevlax şəhərində çoxmənzilli yaşayış binası tikiləcək
18:37 18 Aprel 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Yevlax şəhərində infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, Şəhər Mərkəzi Xəstəxanası, Avtovağzal kompleksi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 116 mənzilli 5 yaşayış binası inşa edilib, 19 mindən çox yeni iş yerləri açılıb, Varvara balıqartırma və digər mühüm istehsal müəssisələri yaradılıb, Hava Limanı, Varvara Su Elektrik Stansiyası yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, Kür çayı sahilində "Bulvar" salınıb, geniş abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda qeyd olunur ki, Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR