3-cü arvadı Qurban Məmmədovu qanına qəltan etdi - VİDEO

3-cü arvadı Qurban Məmmədovu qanına qəltan etdi - VİDEO
18:53 18 Aprel 2017
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Xəzər rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.

Publika.az RB TV-yə istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

43 yaşlı Qurban Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı əməliyyat edilib. Həkimlər bir bıçaq xəsarəti olan Qurban Məmmədovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Qurban Məmmədovu həyat yoldaşı bıçaqlayıb. Ərlə-arvad arasında mübahisəyə səbəb isə uşaq olub.

Belə ki, Qurban Məmmədov azyaşlı uşağını döyüb. Buna əsəbləşən ana əlini bıçağa ataraq ərinə bir zərbə endirib. Hadisəni törətməkdə şübhəli bilinən qadın Qurban Məmmədovun 3-cü həyat yoldaşıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR