Birinci sinfə qəbul üzrə 40 000-dən çox sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 40 000-dən çox sorğu yerləşdirilib
18:54 18 Aprel 2017
149 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 18-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 000-dən çox (saat 18:00) sorğu yerləşdirilib.

 

BŞTİ-dən Lent.az-a verilən məlumata görə, onlardan 36 908-i ümumi təhsil məktəblərini, 3 389-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 90 faizindən çoxdur.

 

Qeyd edək ki, I sinfə şagird qəbulu üzrə onlayn qeydiyyatdan keçmiş valideyn övladının sənədlərini müvafiq məktəbə təqdim etməlidir. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR