İniesta: ""Juventus"u keçmək üçün öz arqumentlərimiz var"

İniesta: ""Juventus"u keçmək üçün öz arqumentlərimiz var"
19:27 18 Aprel 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniesta "Juventus"la Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək cavab matçından öncə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonların aparıcı fiqurlarından olan futbolçu bunları deyib:

"İki komandanı müqayisə etmək düzgün deyil. Biz Turində pis oynadıq. Lazım olanı etmədik. Qarşımızda çətin vəzifə durub. Söhbət Çempionlar Liqası oyunundan gedir. Amma bizim öz arqumentlərimiz var.

3 top fərqi də aradan qaldıra bilərik. Oyuna görə məsuliyyəti üzərinə götürüb "Juventus"a problem yaratmalıyıq. Qalib gəlmək üçün taktiki, fiziki cəhətdən ağıllı oynamaq lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR