Prezident seçkilərinə 1 gün qalıb -

Ötən həftə Albaniya parlamentinin sədri İlir Meta ölkədə növbəti prezident seçkilərinin ilk turunun 19 apreldə keçiriləcəyini açıqlamışdı.

Metbuat.az-ın məlumatına görə, seçkilərə bir gün qalmasına baxmayaraq, hələ də namizəd yoxdur. Nə iqtidar, nə də parlamenti boykot edən müxalifət səsvermə keçirilməsində maraqlı deyil.

Albaniya qanunlarına əsasən, prezident olmaq istəyən şəxsin namizədliyinin təsdiqlənməsi üçün minimum 20 millət vəkili onu dəstəkləməlidir.

Konstitusiyaya görə, Albaniyada prezident 140 millət vəkili arasında keçirilən gizli səsvermə nəticəsində müəyyənləşir. Ən azı 84 nəfərin etimadını qazanan namizəd prezident seçilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR