Hər 7 rusiyalıdan biri sağ qalmaq üçün vuruşur - DƏHŞƏTLİ STATİSTİKA

Hər 7 rusiyalıdan biri sağ qalmaq üçün vuruşur - DƏHŞƏTLİ STATİSTİKA
19:43 18 Aprel 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyalıların maaşları artsa da, işləyən əhalinin maddi durumu pisləşməkdə davam edir.

Publika.az Gazeta.ru saytına istinadən xəbər verir ki, bu nəticəyə Ranxiqs İctimai Elmlər İnstitutunun ekspertləri, Qaydar İnstitutu və Rusiya İqtisadi İnkişaf Nazirliyinin xarici ticarətinin Ümumrusiya Akademiyasının ekspertləri gəliblər.

Araşdırmaya görə, 2013-cü illə müqayisədə 2016-cı ildə əhalinin gəlirləri 8,4, pensiyalar isə 7,1 faiz azalıb. Ekspertlərin hesablamalarına görə, hər yeddi rusiyalıdan biri sağ qalma həddindədir.

Əmək haqqının artmasına baxmayaraq, kasıb əhalinin sayı 2016-cı ildə 2015-ci il illə müqayisədə artıb və 13,5 faiz təşkil edib. Rusiya Statistika Komitəsinin məlumatında isə deyilir ki, 2016-cı ildə rusiyalıların maaşı 2015-ci illə müqayisədə 12 faiz artıb.

Həyat səviyyəsinin aşağı düşməsi regionların əksəriyyətində ölkə üzrə orta göstəricidən daha ciddi şəkildə özünü göstərib. Hər üçüncü rusiyalı yoxsulluğa yuvarlanmağa olduqca yaxındır. Ümumdünya Bankı daha əvvəl qeyd edirdi ki, 2016-cı il nəticələrinə görə, kasıb rusiyalıların sayı 1 milyon artıb və ekstremal yoxsulluq səviyyəsini 20 milyon insan keçib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR