“Çelsi” və “Real”ın keçmiş futbolçu həbs oluna bilər

“Çelsi” və “Real”ın keçmiş futbolçu həbs oluna bilər
19:49 18 Aprel 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Ulduz futbolçu Mikael Essyen həbs təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, buna səbəb İndoneziyanın “Persib Bandunq” klubunda çıxış edən oyunçunun həmin ölkədə yaşamaq üçün sənədlərində problemlərin yaranmasıdır.
 
Belə ki, Qana millisinin üzvü ilə yanaşı keçmiş ingilis milli oyunçu Karlton Koul İndoneziyada işçi vizası olmadan yaşaması aydın olub. Onların bu qayda pozuntusuna görə saxlanılıb, dindiriləcəyi gözlənilir.
 
Yerli qanunlara əsasən, qeyri-qanuni miqrasiyaya görə bu ölkədə hətta 5 il həbs təhlükəsi də var. Ancaq cəzanın pulla ödənməsi variantı da var.
 
Qeyd edək ki, karyerası ərzində “Lion”, “Çelsi”, “Real” və “Milan” kimi klublarda çıxış etmiş Essyen bu ildən, keçmiş “Çelsi”li Koul isə ötən ildən adıçəkilən komandada oynayır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR