Misirdə fironlar dövrünə aid türbə tapıldı

Misirdə fironlar dövrünə aid türbə tapıldı
19:53 18 Aprel 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Misirdə arxeoloji qazıntı işləri zamanı fironlar dövrünə aid türbə aşkar edilib.

Publika.az xəbər verir ki, Nil çayının qərb sahəlindəki Luksor şəhərində tapılan və qədim Misirin kübar təbəqəsinə aid türbədə 1000-dən çox heykəl və 10 sarkofaq olub.

Ekspertlərin qənaətinə görə, türbə o dövrün hakimlərinin biri üçün inşa edilib və eramızdan əvvəl 1500-1000 illərə, Yeni Krallıq dövrünə təsadüf edir.

Türbə iki zaldan ibarətdir. Birində dörd, digərində isə altı tabut olub. Arxeoloji missiyanın başçısı Mustafa əl-Vəziri həmçinin müxtəlif sülalələrin fironlarını təsvir edən heykəllərin olduğu digər zalın da tapıldığını açıqlayıb. O, qazıntı işlər davam etdikcə daha çox heykəllərin tapılacağını istisna etməyib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/195558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR