"İkardi ilə təklikdə məmnuniyyətlə söhbət edərdim"

"İkardi ilə təklikdə məmnuniyyətlə söhbət edərdim"
19:57 18 Aprel 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

"Torino"nun hücumçusu Maksi Lopez uzun müddətdir həmyerlisi Mauro İkardi ilə düşmən münasibətindədir. O, bir neçə il öncə həyat yoldaşı Vanda Nara ilə boşanmasında İkardini təqsirli bilir. Nara hazırda "İnter"in hücumçusu ilə birlikdədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lopez İkardinin milliyə çağrılmamasında dostu Messinin əsas pay sahibi olması xəbərinə münasibət bildirib.

"Onun nə üçün milliyə dəvət almaması məlumdur. Futbolçunun meydandan kənar həyatı yaxşı olanda futbol dünyası buna qısqanc yanaşır. Həyatda olduğu kimi idmanın da qaydası budur ki, səhv edəndə əziyyətini çəkməlisən. İkardi ilə təklikdə məmnuniyyətlə söhbət edərdim. Amma buna imkanım olmayıb. Bu barədə nadir hallarda danışıram. Lakin şübhə dostlarımın üzərinə gəldiyi üçün münasibət bildirməli oldum. Messi və Maskerano ilə fotom təkcə məndə və Narada idi. Bunu şişitmək doğru deyil. Onlarla sonuncu dəfə 10 il əvvəl danışmışam".

"Juventus" - "Barcelona" (3:0) oyunundan sonra Lopez, Maskerano və Messinin olduğu foto ortaya çıxmışdı. Qeyd edək ki, Vanda Naranın İkardi ilə münasibətdən 2, Lopezdən isə 3 övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR