Misirdə TARİXİ TAPINTI: 1000-dən çox heykəl, sarkofaq...

Misirdə TARİXİ TAPINTI: 1000-dən çox heykəl, sarkofaq...
20:52 18 Aprel 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdə arxeoloji qazıntı işləri zamanı fironlar dövrünə aid türbə aşkar edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nil çayının qərb sahəlindəki Luksor şəhərində tapılan və qədim Misirin kübar təbəqəsinə aid türbədə 1000-dən çox heykəl və 10 sarkofaq olub.
 
Ekspertlərin qənaətinə görə, türbə o dövrün hakimlərinin biri üçün inşa edilib və eramızdan əvvəl 1500-1000 illərə, Yeni Krallıq dövrünə təsadüf edir.
 
Türbə iki zaldan ibarətdir. Birində dörd, digərində isə altı tabut olub. Arxeoloji missiyanın başçısı Mustafa əl-Vəziri həmçinin müxtəlif sülalələrin fironlarını təsvir edən heykəllərin olduğu digər zalın da tapıldığını açıqlayıb.  O, qazıntı işlər davam etdikcə daha çox heykəllərin tapılacağını istisna etməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/536419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR