17 kq ağırlığında olan 8 aylıq uşaq -

Hindistanın Pəncab vilayətində yaşayan Çahat Kumar adlı uşağın çəkisi diqqət çəkir.

Metbuat.az-ın məlumatına görə, 8 aylıq olan Çahat orta hesabla, 4 yaşlı bir uşaqla eyni ağırlıqdadır. Onun çəkisi 17 kq-dır.

Yemək gecikəndə Çahat ağlamağa başlayır. Anasının dediyinə görə, o, gün ərzində yaşıdlarından 4 dəfə artıq yemək yeyir.

8 aylıq uşaq artıq çəkisi səbəbindən nəfəs almaqda və yatmaqda çətinlik çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR