Azərbaycanda 2967 şəxs adından narazıdır

Azərbaycanda 2967 şəxs adından narazıdır
21:05 18 Aprel 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda adını və soyadını dəyişmək üçün müraciət edənlərin sayı artıb.

Milli.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində 2967 şəxs adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət edib. 2015-ci il ərzində isə belə müraciət edənlərin sayı 2314 nəfər olub.

Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsasən adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. səbəblər göstərilib.

Nazirlikdən o da əlavə edilib ki, 2016-cı il ərzində daha çox 21-30 yaş arası şəxslər adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR