Atanın ailədəki rolu əvəzsizdir

Atanın ailədəki rolu əvəzsizdir
21:12 18 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Ata ünvanı - böyük bir ünvandır. Bu sözün arxasında böyük bir məna gizlənmişdir.

Ata - yəni ailənin sütunu.
Ata - yəni bütün ailə üzvlərini himayə edən. Peyğəmbərin (s) də buyurduğu kimi, ata ailəsinə görə məsuliyyət daşıyır. O, ailəsində mehribanlığı və hüzuru bərpa etməli, övladlarına qayğı göstərməli və onların rifahı üçün əlindən gələni etməlidir.
Atanın ən böyük vəzifəsi - övladlarına hər bir yaşda məhəbbət göstərmək və onlara sevgisini daddırmaqdır. Xüsusilə də övladı həddi-büluğ çağına qədəm qoyan zaman. Adətən uşaqlar yeniyətmə çağlarına qədər analarına çox bağlı olurlar və bu yaşda atanın vəzifəsidir ki, onları müstəqil olmağa və gələcək həyata hazırlasın.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, müasir psixloqların nəzərinə görə o zaman ki, ata ailədən uzaqda yaşayar və ya ailə üzvələrini çox az görər, bu ailədə böyüyən uşaqlar ruhi cəhətdən sağlam olmazlar. Çünki zehnlərində ata rolu rəngsizləşər və bu hal cavanlıq və yetkin yaşlarına qədər qalıcı olar.
Uşaq büluğ zamanı çox sayda insanlardan təsirlənər. Onun ətfarında olanların hamısı uşağa təsirlər qoyarlar. Ancaq bu meydanda atanın təsiri hamıdan daha çox olar. Bu təsir cavanlıq yaşlarına qədər davam edər.
Kiçik uşaq üçün atanın evdəki rəftarı onun üçün hər şey deməkdir: dərs, əxlaq, tərbiyə, quruculuq və ya dağıdıcılıq. Körpə hər bir hərəkətini ondan öyrənər: məhəbbəti, vəfadarlığı, səfanı, doğruçuluğu, igidliyi, ədəbi, təvazökarlığı, izzəti-nəfsi, şərafəti, alicənablığı...
Bu məsələ psixoloqların nəzərində o qədər mühümdür ki, bəziləri uşaqların rəftarlarını atalarının rəftarlarının güzgüsü adlandırırlar. Deyərlər: Sən əvvəl uşağını mənə göstər, deyim ki, sən özün necə insansan.
Ona görə də deyə bilərik ki, uşağın şəxsiyyətinin formalaşmasında ataların rolu böyükdür. Yeniyetmə və cavan cəmiyyətə təzə addım basdığı üçün çox sayda ziyanlarla üzləşər. Mühüm olan budur ki, ata övladını bu ziyanlardan nə qədər qoruya bilir. Çox təəssüf ki, müasir cəiyyətimizdə atalıq vəzifəsindən qaçanların sayı da az deyildir.
Uşaq büluğ çağında çox sayda təhlükəli sahələrə maraq göstərər. Bu, atanın vəzifəsidir ki, onu bu cür təhlükələrdən qorusun və ona nəzarət etsin. Onu sağlam şəxsiyyətə malik olan insan kimi yetişdirə bilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR