Bizi sağlam edən HƏYATİ VACİB MADDƏ

Bizi sağlam edən HƏYATİ VACİB MADDƏ
21:37 18 Aprel 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Nüfuzlu Amerika Tibb Cəmiyyətinin beynəlxalq elmi jurnalında (Journal of the American Medical Association, JAMA) bütün dünyada ölümlərin əsas səbəbi olan ürək-damar və metabolik (şəkərli biabet və s.) xəstəliklərindən qoruyan maddənin adı açıqlanıb.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu maddə Omeqa-3 yağlı turşulardır.
Araşdırmalar göstərib ki, məhz bu maddənin qidalanmada çatışmazlığı ürək-damar və metabolik xəstəliklərinin riskini artırır.
Bu əvəzolunmaz yağlı turşular orqanizmdə sintez olunmur və yalnız qida ilə orqanizmə daxil olur.
Alimlər sübut edir ki, əksər müasir insanların bu maddəni qida ilə lazım olan miqdrada almır.
Omeqa-3 yağlı turşuların əsas mənbəyi dəniz balığıdır. Bundan əlavə bu həyati vacib maddə ilə kətan toxumu yağı da zəngindir. Həmçinin Omeqa-3 raps yağı, qoz və göyərtilərdə də var.
Alimlər sağlam olmaq və çox yaşamaq üçün qidalanmada bu məhsulları artırmağı tövsiyə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR