"Aysel indiki ərini mən əsgərlikdə olanda tapıb" - Azərbaycanlı məmurun eks-kürəkəni

"Aysel indiki ərini mən əsgərlikdə olanda tapıb" - Azərbaycanlı məmurun eks-kürəkəni
21:52 18 Aprel 2017
259 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aysel Oqtayı mən əsgərlikdə olanda tapıb".

Milli.Az aznews.az-a istinadən bildirir ki, bunu Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin birinci həyat yoldaşı Elşən Əsgərli bildirib. Onun sözlərinə görə, cütlük 2012-ci ildə evlənib:

"Biz universitetdə oxuyurduq. Orada bir-birimizi sevib ailə qurmuşuq. Həmin vaxt mənim 19 yaşım vardı. Evləndikdən 5 il sonra mən hərbi xidmətə yollandım. Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb. Bu səbəbdən Aysellə 2016-ci ilin aprel ayında rəsmi olaraq boşanmışıq. Bundan 6 ay sonra Aysel başqası ilə, yəni bugünkü həyat yoldaşı Oqtayla nişanlandı."

Elşən Əsgərli qeyd edib ki, Aysellə aralarında olan nikah pozulandan sonra qarşı tərəf ona şər-böhtan ataraq, Əsgərlilər ailəsini əxlaqsızlıqda ittiham edib:

"Aysel mənə qarşı təxribata başladı. O, mənim anamın, bacımın şəkillərini sosial şəbəkədə paylaşaraq altından təhqiredici ifadələr yazıb. Bundan əlavə, bizim evin və anamın mobil telefonlarının nömrəsini sosial şəbəkədə paylaşıb. Yazıb ki, guya mənim anam 20 manata əxlaqsızlıq edir. Bu başlıq altında mənim şəkillərimi paylaşır. Hamı görür o, nələr edir. İndi də mənə böhtanlar atır."

Qeyd edək ki, gün ərzində səslənən ittihamlarla bağlı Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla əlaqə saxlamağa çalışsaq da, Bakı Lift Təmiri İstehsalat Birliyindən onun işdə olmadığını dedilər.

Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, bu dəbdəbəli toy mərasiminin şəkillərinin, videolarının paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR