"Edam cəzasının bərpası Türkiyəni geri salacaq" -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı son çıxışında Türkiyə və Avropa İttifaqı arasındakı danışıqların dayandırılması və edam cəzasının bərpası haqqında referendum keçirilməsi variantını istisna etməyib.

Metbuat.az-ın məlumatına görə, Avropa Parlamentinin prezidenti Antonio Tayani Ərdoğanın fikirlərinə münasibət bildirib. O, edam cəzasının bərpasının Türkiyəni bir neçə il geriyə atacağını qeyd edib:

"Edam cəzasının bərpa edilməsi Türkiyəni geri salacaq. Yenidən 2004-cü ilə qayıdacaqlar. Bu, edam cəzasını tətbiq etməyən tək qitə olan Avropanın qırmızı xəttidir".

Tayani Avropa İttifaqı ilə danışıqların dayandırılması mövzusuna da toxunub:

"Dialoq Türkiyənin də xeyrinədir. Bizi birləşdirən ticarət anlaşmalarımızı düşünmək belə, yetərlidir. Danışıqlardan imtina edə bilmərik. Ən azından, məcburi köçkünlərlə bağlı məsələlərdəki və terrorizmlə mübarizədəki əməkdaşlığımız nəzərə alınmalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR