Ermənistanda rus hərbçisi itkin düşüb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Gümrüdəki hərbi bazasının hərbi xidmətçisi Dmitri Loşmanov aprelin 16-da alış-veriş etməyə gedib və geri qayıtmayıb. Hərbçi müqavilə ilə xidmət göstərirmiş və yataqxanada qalırmış.
Hazırda onun axtarışları davam edir.