Britaniyada siyasi böhran: baş nazir yeni seçkilər istəyir

Britaniyada siyasi böhran: baş nazir yeni seçkilər istəyir
22:05 18 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Birləşmiş Krallığın Baş naziri 8 iyunda növbədənkənar seçkilərin çağırılması ilə bağlı planlarını açıqlayıb.

Çərşənbə günü Theresa May-in təşəbbüsü parlamentdə səsverməyə çıxarılacaq.

Baş naziri deyib ki, bu seçkilər "üzümüzə gələn illərdə əminlik və stabilliyi təmin etməyin" və "verəcəyim qərarlara sizin dəstəyinizi qazanmağın" yeganə yoludur.

Milli.Az BBC-yə istinadən bildirir ki, o, ölkənin vahid olduğu halda partiyaları "siyasi oyunlar" oynamaqda günahlandıraraq, seçkilərin bu "oyunlara" son qoyacağını deyib.

Növbədənkənar seçkilərin keçirilməsi üçün baş nazirə parlamentin dəstəyi lazımdır.

Brtianiyada növbəti ümumi seçkilər2020-ci ildə keçirilməli idi.

Parlamentin ən böyük müxalif Leyboristlər partiyasının lideri növbədənkənar seçkilərin keçirilməsinə dəstəyini bildirib.

Jeremy Corbyn deyib ki, seçkilər "çoxluğun maraqlarını önə çəkən hökumətə səs verməyə imkan yaradacaq" qeyd edib.

Şotlandiyanın Birinci naziri bildirib ki, mühafizəkarlar seçki vasitəsilə ölkəni "sağa çəkərək" "sərt Brexit"ə doğru yönləndirmək niyyətini güdürlər. Nicola Sturgeon-un sözlərinə görə hökumət səsverməni xərclərinin "daha dərin ixtisar"ı üçün də istifadə edir.

Müxalif Liberal Demokrat partiyasının lideri Tim Farron deyib ki, seçki "ölkənin istiqamətini dəyişmək" fürsəti kimi nəzərdən keçirilir.

"Əgər siz fəlakətli "sərt Brexit"-dən qaçınmaq, Britaniyanı vahid bazarda saxlamaq istəyirsinizsə. Əgər açıq, tolerant və vahid Britaniya istəyirsinizsə - bu sizin şansınızdır", - o, əlavə edib.

Rəy sorğularına əsasən, Theresa May partiyasının parlamentdəki çoxluğunu artıra bilər.

Təhlil: BBC Siyasət redaktoru Laura Kuenssberg

Bir neçə aydır ki, Theresa May və onun komandası erkən seçkilər ehtimalının cüzi olduğunu deyirdi.

Bunun sadə səbəbi var. Onlar Brexit danışıqları zamanı qeyri-stabilliyə yol vermək istəmirdilər.

Onlar növbədənkənar seçkilər üçün qanuni məhdudiyyətləri dəf etməklə mürəkkəb prosesdən yayınmaq niyyətində idilər.

Hökumət proqnozlaşdırılmamış seçki risklərindən də qaçınmaq istəyirdi.

Mühafizəkar partiyası sıralarında çoxluq əmin idi ki, Leyboristlər partiyası 2020-ci ildə keçirilməsi nəzərdə tutulan seçkilərə qədər rəqabət təşkil edə bilməyəcək. Yəni mühafizəkarlar bu müddətədək erkən seçkilərə ehtiyac görmürdürlər.

Lakin durumun siyasi məntiqi onları bu mövqeyi dəyişdirməyə vadar edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/536450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR