Özünü kiminləsə müqayisə etmək niyə pisdir?

Özünü kiminləsə müqayisə etmək niyə pisdir?
22:12 18 Aprel 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanlar müxtəlif yollarla bilik öyrənərlər və bu yollardan biri də müşahidə yoludur. İnsan müşahidə vasitəsilə müxtəlif rəftar və təfəkkürlərlə tanış olur. Ancaq əgər müşahidə zamanı təfəkkürü işə salmazsa, o zaman ziyan görmüş olar. Bu zaman özünü başqaları ilə müqayisə etməyə başlayar ki, bu da onu hədəfindən uzaqlaşdırar və onu həyatdan məyus edər. Əgər müşahidə təfəkkür ilə birlikdə olsaydı rəftar, kəlam, fiziki təmaslar arasında sərhədlər qoyar və rəftarında etidala riayət edərdi.

O zaman ki, özümüzə kifayət qədər etimad etmirik və qabiliyyətlərimizi görməməzliyə vururuq - özümüzü başqaları ilə müqayisə etməyə başlayırıq. Mənim dostlarımın evi, maşını vardır, mənim yoxdur. Onlar ali təhsillidir, mən deyiləm. Dayım oğlu Avropaya səfərə çıxa bilir, mən çıxa bilmirəm. Bu müqayisələrin nəticəsi isə həsədə, qəmə və depressiyaya səbəb olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan adətən özünün pis tərəflərini başqaları ilə müqayisə edər və nəticədə həqarət hissi meydana gələr və nə qədər aciz və zəif olduğunu düşünər. Bundan başqa, insan əgər özünü başqaları ilə müqayiə etməyə başlayarsa, onun sərhədlərini qoruya bilməz, çünki bu əməlin sərhədi yoxdur. Ona görə də insan həyatda yaşamaq ləzzətini əldən verir və özünə qapanar.
 
İnsan özünü nələrdə müqayisə edər:
Malik olduğu vasitələrdə. Evə, maşına, gözəl mebelə və başqa əşyalara malik olanlarla özünü müqayisə edər ki, bu da ona dağıdıcı təsirlər vurar.
Təhsilində. Təhsildə naqis olan insan bəzən kompleks halında olar və belə düşünər ki, ali təhsil almış insanların həyatda müvəffəqiyyət qazanmaq şansı ondan daha çoxdur. Ona görə də səy və çalışmasına kifayət qədər enerji sərf etməz və əgər ilk addımda müvəffəq olmazsa, məyusluq bütün varlığını bürüyər. Bir daha özünə qarşı həqarət hiss edər.
Zahirində. İnsan gözəlliyi nisbidir və onun həddi yoxdur. Ancaq insanların əksər hissəsi özlərini zahiri cəhətdən daha cazibəli olan insanlarla müqayisə edərlər. Bu müqayisənin nəticəsi cərrahi masalara çıxmaqla sonlanmaz və bu həqarət hissi insanın ömrünün sonuna qədər davam edər.
İnsan gərək özü olmasını bacarsın. Bu məharəti öyrənməyə çalışsın. Bunun üçün:
1. Həyatdakı hədəfini müəyyən etsin. İnsan həyatda hədəfə malik olmalıdır ki, yaşamaq stimulu olsun. İnsan əgər hədəfini tanıyarsa və ona doğru can atarsa, başqalarının təcrübələrindən faydalanmaq üçün özünü onlarla müqayisə edər, nəinki ziyan görmək üçün.
2. Proqrama malik olmaq. Həyatda proqrama malik olmaq - hədəfə çatmaq üçün insanı ümidvar edər və onu yanlış müqayisədən uaqlaşdırar.
Beləliklə deyə bilərik ki, insanın bilik öyrənməsinə səbəb olan yollardan biri də müşahidə yoludur. Ancaq insan əgər müşahidə zamanı təfəkkürdən uzaq olarsa, o zaman təcrübə əldə etmək yerinə, ziyana uğrayanlardan olar. Həsəd, kin, həqarət hissi varlığını bürüyər və depresiyyaya düşər. Öz istedad və qabiliyyətlərini görməməzliyə vurar.
İmam Sadiq (ə) buyurub: "Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr, dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR